Çərşənbə axşamı, 24 Noyabr 2026 19:31:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
“Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00
Manşet

İki əsas prioritet – Böyük Qayıdış proqramının icrası və hərbi qüdrətimizin artırılması

14.07.2023 08:26 · 0 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Hazırda beynəlxalq aləmdə hökm sürən gərginlik İkinci Dünya müharibəsindən sonra ən kritik həddə çatıb. Siyasi, hərbi, iqtisadi və digər sahələrdə yaranmış çətinliklər ayrı-ayrı ölkələrin həyatında öz mənfi təsirlərini buraxmaqdadır. Vəziyyətdən çıxış və həll yolları isə hələlik mümkün görünmür.

Şübhəsiz, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan da bu böhranlı vəziyyətin və dünyada böyük hərbi qarşıdurmaların baş verdiyi bir dövrdə müxtəlif çağırışlarla üzləşir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur. Bunu Prezident İlham Əliyevin bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə məzmunlu çıxışı zamanı verdiyi mühüm bəyanatlardan və istinad etdiyi statistik rəqəmlərdən aydın görmək olar.

Bu fikirləri açıqlamasında Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev söyləyib.

O bildirib ki, 2023-cü ilin ötən altı ayının yekunlarına əsasən, ölkəmizin uğurları, ilk növbədə, qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, davamlı sosial və iqtisadi islahatların aparılması və nəticələrində əks olunur. Ümumilikdə, qeyri-neft sektoru 3 faizdən çox artıb, qeyri-neft sənayesində artım isə 6,5 faiz olub. Bu il rekord, yəni, 33 milyard manat səviyyəsində olan dövlət büdcəsinə ilin ilk yarısında daha 3 milyard manat əlavə daxil olması nəticəsində dövlət büdcəsi 36 milyard manata yüksəldi. Bu vəsait ölkədə aparılan islahatlar nəticəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın yüksəldilməsi, vergi və gömrük yığımlarının artması hesabına əmələ gəlib.

Adil Əliyev, həmçinin qeyd edib ki, dövlət büdcəsinə daxil edilmiş əlavə 3 milyard manatın iki əsas prioritet istiqamətə yönəldilməsi qərara alınıb. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə 1,8 milyard manat xərclənəcək. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpasına bu ilin sonuna qədər 12 milyard manatın xərclənməsi nəzərdə tutulub. Büdcəyə daxil olan əlavə vəsaitin 1,1 milyard manatı isə hərbi potensialımızın gücləndirilməsinə sərf olunacaq. Hərbi qüdrətimizin artırılması bu günün reallıqlarından və gələcək təhlükəsizliyimizin təmin edilməsi zərurətindən irəli gəlir. Bu gün biz Vətən müharibəsində böyük Qələbə qazanmışıq. Amma Ermənistan və havadarları bunu həzm edə bilmirlər. Beynəlxalq hüququn işləmədiyi, gücün hakim rol oynadığı bugünkü dünyada hərbi qüdrətin daimi inkişaf etdirilməsi zərurətdir. Eləcə də, hərbi qüdrətimizin gücləndirilməsi və ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanması Ermənistan üçün sülhə məcburedici rol oynamalıdır. Ermənistan bilməlidir ki, sülh müqaviləsini imzalamasa, onun aqibəti Vətən müharibəsindəkindən daha ağır olacaq.

“Son günlər, “Arbat” adlı erməni batalyonunun Ermənistan bayrağı altında erməni kilsəsinin və keşişinin xeyir-duası ilə Ukraynaya qarşı döyüşəcəyi barədə xəbərlər mediada geniş yayılıb. Ukrayna ərazisində real döyüş təcrübəsi toplayan bu dəstənin gələcəkdə Azərbaycana qarşı təxribatlara və terror aktlarına cəlb edilməyəcəyinə heç kəs təminat verə bilməz. Digər tərəfdən, vətəndaşlarımızın Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı, orada təhlükəsiz və əmin-amanlıq şəraitində yaşaması üçün də ordumuzun hərbi qüdrəti yüksək səviyyədə olmalıdır. Beləliklə, dövlət büdcəsində xüsusi önəm verilən həmin iki prioritet istiqamət bir-biri ilə əlaqəlidir və onların həyata keçirilməsi Azərbaycanın daha qüdrətli dövlət kimi inkişaf etməsi üçün mühüm zəmin yaradır. 2023-cü ilin ilk altı ayının nəticələri hər iki prioritet istiqamətdə nəzərdə tutulan fəaliyyətlərin uğurla və səmərəli şəkildə həyata keçirildiyinə sübutdur”, – deyə Milli Məclis sədrinin müavini əlavə edib.

↑