“Zeytun Aralıq dənizi menyusunun başlıca tərkib hissəsidir, burada faydalı yağlar birinci yerdədir, zeytun yağı isə belə yağların əsasını təşkil edir…”
“Zeytun budağı uzun illər sülh və qələbə rəmzi olub, yunan mifologiyasında isə Allahların məhkəməsi zeytunu ən yaxşı hədiyyə hesab edib…”
Bu meyvə mühüm fitonutriyentlərlə zəngindir və tərkibində yükdək miqdarda E vitamini və xərçənglə mübarizə aparan, ürək-damar sisteminə müsbət təsir edən antioksidant var. Lakin bu da hamısı deyil.
Bu barədə Serbiyanın “Danas” nəşri yazıb.
Bu meyvə, hər şeydən öncə, öz yağı ilə məşhurdur və bütün dünyada insanlar zeytunu çox xoşlayır.
Zeytunun mənşəyi Asiyanın, Avropanın və Afrikanın Aralıq dənizi regionlarındandır, onun meyvələri insanlar tərəfindən müxtəlif formalarda sağlamlığa fayda verərək istifadə edilir.
Zeytun Aralıq dənizi menyusunun başlıca tərkib hissəsidir, burada faydalı yağlar birinci yerdədir, zeytun yağı isə belə yağların əsas mənbəyidir.
Aralıq dənizi pəhrizində yağlardan imtina etməyə gərək yoxdur, sadəcə, zərərli yağları faydalı yağlarla, o cümlədən elə zeytunda olan az doymuş yağlarla əvəz etmək gərəkdir.
Meyvə, yoxsa tərəvəz?
Zeytunun meyvə, yaxud tərəvəz olduğunu soruşsaq, əksəriyyəti bunun cavabını, yəqin ki, bilməyəcək. Təsnifata görə, zeytun şaftalıya, badama və manqoya yaxın olan çəyirdəkli meyvələrə aiddir.
Aralıq dənizinin şərqində insanlar zeytunu hələ 6-8 min il öncə qısa ağaclardan toplayıb. Zeytun budağı uzun illər sülh və qələbə rəmzi olub. Zeytun əsrlərlə yetişdirilib, məhsulunu onilliklərlə gözləyiblər.
Yunan mifologiyasında Afina Poseydonla Afina üzərində qəyyumluq uğrunda rəqabət aparıb. Afina ilk zeytun ağacını əkdikdən sonra qalib gəlib, Allahların məhkəməsi isə onu ən yaxşı hədiyyə hesab edib.
Zeytun oktyabrdan yanvaradək yığılır, yəni onu birbaşa ağacdan yemək mümkün deyil, çünki o, bərk və acıdır.
Kalorilər, vitaminlər, minerallar…
Zeytun aşağı kalorili meyvədir, qəlyanaltı üçün və ya salatlar, pastalar və ya pitsalara inqridiyent kimi əla uyğun gəlir.
Zeytunun çoxsaylı çeşidləri var, lakin, ümumilikdə o, faydalı maddələrlə zəngindir.
100 qram yaşıl zeytunda 145 kalori, 3, 8 qram karbohidrat, bir qram zülal, 15, 3 qram yağlar, 3, 3 qram selüloza, 3, 8 milliqram E vitamini, 0, 1 milliqram mis, 52 milliqram kalsium, 0, 5 milliqram dəmir və 11 milliqram maqnezium var.
Təzyiqin və sümüklərin bərkliyinin nizamlanması
Zeytun xolesterinin miqdarını və yüksək arterial təzyiqi aşağı salmaqda kömək edir. Zeytun “faydalı yağların” yaxşı mənbəyi olduğundan o, başqa yağlar kimi arteriyaları zədələmir.
Tədiqatlar zeytunun qan təzyiqini aşağı salmaq qabiliyyətini və xolesterinin miqdarına nəzarət etməyə və aşağı salmağa kömək etdiyini göstərib. Hipotenziv effekt zeytunda olan olein turşusu ilə təmin edilir.
Tədqiqatlar həmçinin zeytundan, zeytun yağından və Aralıq dənizi menyusundan olan başqa məhsullardan istifadə edəndən sonra qan təzyiqinin və ümumi ürək-damar iltihabının xeyli aşağı düşməsini təsdiq edib.
İltihabi proseslər bir çox xəstəliklərə gətirib çıxarır. Ağrıya qarşı dərmanlar ağrını götürür, lakin arzuolunmaz təsir göstərə bilər. Zeytun bir növ təbii ibuprofendir.
O, iltihabı törədən fermentlərin artımının qarşısını alır, həmçinin ağrını götürmək üçün təbii dərman kimi təsir edir. İltihab həmçinin ürək-damar xəstəliklərində böyük rol oynayır, ona görə də zeytun ürək üçün faydalıdır.
“Europian Journal of Nutrition” jurnalında dərc edilən bir sıra tədqiqatlarda sübut olunub ki, zeytunda olan fenol birləşmələri orqanizmdə vitaminləri və antibakterial maddələri ifraz edən faydalı bifudobakteriyaların miqdarını artıra bilər.
Beləliklə, zeytun bağırsağın sağlamlığını və mikrofloranı yaxşılaşdırır, deməli, onu təbii probiotik kimi də istifadə etmək mümkündür.
Zeytunda olan polifenollar sümüklərin nazilməsində faydalıdır. Bir çox tədqiqatlar bu birləşmələrin sağlam sümüklərin formalaşması və saxlanılmasında effektliyini göstərib.
Zeytunda olan fitonutriyetentlərin sayəsində bu meyvəni sümüklə bağlı problemləri olanların və osteoporozdan əziyyət çəkənlərin qida rasionuna daxil edilməsi arzuolunandır.
Moderator.az