Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər
. “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı”nın təsdiq edilməsi barədə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında”Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 164 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) qərar verib.
“Rubin.az” Azərbaycan NK-ya istinadla xəbər verir ki, qərara əsasən, “Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı” təsdiq edilib.
Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Siyahıya tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi, Alsheymer xəstəliyi zamanı demensiya,Vaskulyar demensiya, başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya,dəqiqləşdirilməmiş demensiya, üzvi hallyüsinoz, üzvi-katatonik hal, üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu,alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları, opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları,kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları, kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları, hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları daxildir.
Eyni zamanda siyahıda şizofreniya, xroniki sayıqlama pozuntuları, bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu, bipolyar affektiv pozuntu, psixotik simptomlarla, növbəti maniya epizodu, bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu,bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu, qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod, şəxsiyyətin paranoid pozuntusu, şəxsiyyətin dissosial pozuntusu da yer alıb.
Şəxsiyyətin emosional davamsız pozuntusu, şəxsiyyətin isterik pozuntusu, azartlı oyunlara patoloji meyil, yanğına patoloji hərislik (piromaniya), oğurluğa patoloji hərislik (kleptomaniya), seksual seçimin pozuntusu, kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla), eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla), səs büküşlərinin və qırtlağın iflici, binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla), binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla) siyahıda qeyd edilib.