Çərşənbə, 25 Noyabr 2026 22:11:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
25 Noyabr 2026
SON XƏBƏRLƏR
Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Bu il onları itirdik25.11.2026 21:00 ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)25.11.2026 18:00 Dünyada ingilis dilini bilənlərin reytinqi: Azərbaycan neçəncidir?25.11.2026 15:00 Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb25.11.2026 12:00 Bu ölkədə ayılar 37 nəfəri öldürüb25.11.2026 09:00 Azərbaycan və Gürcüstan dini sahədə əməkdaşlığı genişləndirir (FOTO)24.11.2026 21:00 “Sabah” – “Barselona” oyununa görə 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək24.11.2026 18:00 Litva xarici işlər naziri Azərbaycana gəlir: Biznes-forum keçiriləcək24.11.2026 15:00 Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)24.11.2026 12:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00
Manşet

Adil Əliyev: Azərbaycan Prezidenti ŞƏT Sammitində milli maraqlarımızı və mövqeyimizi dünyaya bir daha bəyan etdi

20.09.2022 10:24 · 83 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan 2016-cı ildən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq tərəfdaşı statusuna malikdir. Çin, Rusiya, Hindistan, İran, Pakistan, Qazaxıstan kimi dövlətlər təşkilatın üzvləridir. Şanxay Əməkdaşlıq Təşkilatının cari ilin sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı həm zirvə görüşündə çıxış edib, həm də orada iştirak edən bir sıra dövlətlərin, o cümlədən Rusiya, Çin, Türkiyə, Özbəkistan və digər ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlər Ermənistanın 12-14 sentyabr tarixlərində Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribatlarla eyni dövrə təsadüf etdiyindən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizə qarşı törədilmiş təcavüzkar və qanlı təxribatlar barədə tərəf müqabillərini və beynəlxalq ictimaiyyəti məlumatlandırıb.

Bu sözləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.

“Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində çıxış edərkən bildirib ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Daha sonra Prezident İlham Əliyev Sammit iştirakçılarının diqqətinə çatdırıb ki, bu il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə alıblar. O, qeyd edib ki, Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Dövlətimizin başçısı çıxışı zamanı münaqişənin həllinə məsul olan beynəlxalq qurumların səmərəsiz fəaliyyətinə də toxunub, bunun narahatlıq doğurduğunu bəyan edib. Bu kontekstdə Prezident İlham Əliyev 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb. Bildirib ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, ölkəmizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Nəticədə, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”, – deyə Milli Məclis sədrinin müavini bildirib.

O deyib: “Prezident İlham Əliyev Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini vurğulayaraq, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin gerçəkləşməsinə önəmli töhfələr verdiyini bildirib. Qeyd edilməlidir ki, Şanxay Əməkdaşlıq Təşkilatına bütün üzv dövlətlərin, eləcə də müşahidəçi və tərəfdaş ölkələrin, o cümlədən Çin, Hindistan, Rusiya, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkiyənin bu dəhlizlərin işləməsində əhəmiyyətli iqtisadi maraqları var. Azərbaycan coğrafi baxımdan həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərində yerləşdiyi üçün unikal mövqeyə malikdir. Prezidentin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində diqqətə çatdırdığı kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bu sahədə imkanlar daha da genişlənəcək”.

AZƏRTAC

↑