Bazar, 29 Noyabr 2026 16:13:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Gündəm

Mehdiyevin vəzifəsini icra edən akademiklə bağlı maraqlı fakt: Xoşqədəmin eksperti olub

20.02.2022 17:06 · 202 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. O, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib.

Yenisabah.az xəbər verir ki, akademik Arif Həşimovun 73 yaşı var. O, ixtisasca fizikdir. 31 yaşında elmlər namizədi, 44 yaşında elmlər doktoru olub. 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilən Həşimov 2009-cu ilə qədər bu vəzifəni icra edib.

Arif Həşimov cəmiyyətə və mətbuata açıq şəxs kimi tanınır. O, vaxtaşırı KİV-ə müxtəlif mövzularda rəy bildirir.

Qocaman akademikin yolu bir müddət televerilişlərdən keçib. O, bir müddət elmi-maarifləndirici proqramlarla yanaşı, sosial problemlərin də müzakirə olunduğu verilişllərdə görünüb. Arif Həşimov 2013-2014-cü illərdə tanınmış telejurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişinin eksperti olub. O. həmin vaxt ATV-də yayınlanan və ölkənin ən reytinqli televiziya proqramı sayılan bu verilişdə, sosial məsələlər, o cümlədən, məişət zorakılığı, boşanma, abort kimi mövzularda obyektiv rəylər verib. Arif Həşimovun qərəzsiz və obyektiv mövqeyi həmişə tamaşaçılar tərəfindın rəğbətlə qəbul olunub.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının o vaxtkı rəhbəri, AMEA-ya qeyri-rəsmi nəzarət edən akademik Ramiz Mehdiyev Həşimovun bu fəaliyyətindən bərk hiddətlənib və onun efirdən uzaqlaşması üçün Akademiya rəhbərliyinə göstəriş verib. Ramiz Mehdiyevin təzyiqi ilə efir məkanına və KİV-ə “əlvida” deyən Arif Həşimov uzun müddət “kölgəyə” çəkilməli olub.

Həşimovun “cəzası” bununla da bitməyib. O, həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru postuna ən real namizəd sayılsa da, Mehdiyev və tərəfdarları onun barəsində “şou adamı” imici yaratdıqları üçün bu təyinat baş tutmayıb.

Sonda qeyd edək ki, Arif Həşimov AMEA-nın prezidenti postuna ən real namizədlərdən biri sayılır. “Mehdiyev maneəsi” ortadan qalxdığı üçün bu təyinatın baş tutmaq ehtimalı xeyli güclüdür.

↑