“Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb”.
RUBİN.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
“O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir”, – DİN rəsmisi əlavə edib.
Xatırladaq ki, adıçəkilən şəxs Bakıda Qara Qarayev metro stansiyasının yaxınlığında əlindəki bıçaqla Türkiyə bayrağının ipini kəsərək dövlət rəmzini yerə salıb. Fuad İsmayılov son parlament seçkisi zamanı Mərkəzi Seçki Komissiyasının binası qarşısında divara yazı yazmasına görə də saxlanılmışdı.