İnklüziv təhsil illərdirki Azərbaycanın artan diqqətinin mərkəzindədir. İnklüziv təhsil üzrə ilk layihə World Vision təşkilatının köməyi ilə 2004-2005-ci tədris ilində başlamışdır. Bu, ilk eksperimental layihə idi və Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar adlanır. Layihə çərçivəsində təhsil işçiləri üçün müxtəlif seminar və təlimlər keçirilib. Bu illər ərzində ümumilikdə 268 sağlamlıq imkanları məhdud uşaq bu layihələrdə iştirak edib. 2011-ci ilə qədər inklüziv təhsil ölkə üzrə 17 müxtəlif məktəbdə həyata keçirilib.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə UNİCEF arasında imzalanmış “2014-2015-ci illər üçün İllik Fəaliyyət Planı” na uyğun olaraq “İbtidai məktəb səviyyəsində inklüziv təhsilin həyata keçirilməsi” layihəsi 2015-ci ildə qəbul edilib. Bu qanunla əlilliyi olan şagirdlərin ehtiyaclarına uyğunlaşdırılmış ilk növbədə dörd məktəb və onların kurikulumlarının qəbul edilməsi qərara alınıb və proqramın icrasına başlanılıb.
Təhsil Nazirliyinin 2015-ci ildə verdiyi məlumatlar göstərir ki, ölkədə sağlamlıq imkanları məhdud uşaqların yarıdan çoxu müxtəlif səbəblərdən təhsilə cəlb olunmayıb. Bunun üçün də layihənin əsas məqsədləri həmin uşaqların digərləri ilə bərabər səviyyədə təhsil almaq hüquqlarını təmin etmək, pedaqoq tərəfindən onlar üçün fərdi inkişaf və təhsil planının hazırlanmasını təmin etmək olmuşdur.
Təhsil Nazirliyinin 18 mart 2015-ci il tarixli 311 nömrəli əmrinə əsasən “İbtidai məktəb səviyyəsində inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Layihə bir neçə amili əhatə etmək üçün nəzərdə tutulmuşdu. Bunlar sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi qaydalarının yenilənməsi, xüsusi təhsil sahəsində yeni metodların təşkili, məktəblərdə sağlamlıq imkanları məhdud uşaqlar üçün yeni xidmətlərin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların hər hansı məktəb fəaliyyətinə cəlb edilməsi, inklüziv təhsil modelinin hazırlanması olub. Bu, Azərbaycanda ibtidai təhsil səviyyəsində fəaliyyət planı və yol xəritəsi idi.
İnklüziv ibtidai təhsilin nümunəvi modellərinin öyrənilməsi məqsədilə 2015-ci ilin avqust və sentyabr aylarında iki ekspert qrupu yaradılaraq Almaniyaya göndərilmişdir. Seçilmiş müəllimlər və inzibati işçilər iki həftəlik təlimdə iştirak ediblər.Təhsil Nazirliyinin ekspertləri 2016-cı ildən xüsusi təhsil sahəsində pilot məktəblərdə müəllimlərin ixtisaslarının artırılmasını davam etdirirlər. Sağlamlıq imkanları məhdud uşaqlar üçün fərdi təhsil planları əldə edilmiş və tətbiq edilmişdir. Təcrübə obyektlərində loqopedik xidmət təşkil edilmişdir. Bunlardan başqa məktəblərdə bir sıra infrastruktur işləri görülüb. (Təhsil Nazirliyi, 2015
Dövlət İnkişaf Proqramının 2018-ci ildəki statistikasına əsasən, ölkədə sağlamlıq imkanları məhdud 65,482 uşaq olub, 9,355 nəfər evdə təhsil alır, 2,558 nəfər xüsusi məktəbə, 2,725 nəfər isə xüsusi internat məktəblərinə qəbul olunub. Bu statistika göstərirdi ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların cəmi 22.3 % -i təhsillə məşğuldur. Bu o deməkdir ki, ötən illər ərzində əlilliyi olan uşaqların təhsilə cəlb edilməsi uğurlu olmayıb (İDI 2018).
Şahin İbrahimxəlilov,
ADPU-GWU II kurs magistr