Cümə, 16 Oktyabr 2026 21:58:55 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
16 Oktyabr 2026
SON XƏBƏRLƏR
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib (FOTO)16.10.2026 21:00 Ramiz Mehdiyev YAP-ın sıralarından çıxarıldı16.10.2026 18:00 Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib (FOTO)16.10.2026 15:00 Ədliyyə Nazirliyinin tibb xidmətində işə girən hərbçilərə xüsusi rütbələr veriləcək16.10.2026 12:00 DİQQƏT: Bu yollarda tıxac var – SİYAHI (FOTO)16.10.2026 09:00 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00
Sağlamlıq

Qazilərə əlillik dərəcəsinin verilməsi proseduru açıqlanıb

07.01.2022 12:42 · 150 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Vətən müharibəsi iştirakçılarının əlillik təyinatına həssas yanaşılır. Ötən ilin yanvarında Prezident tərəfindən Sərəncam verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları ilkin olaraq vəziyyəti ağır olan 3805 qazinin qiymətləndirilməsini aparıb.

APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

Onun sözlərinə görə, onlardan 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb: “2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb. Vəziyyəti ağır qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyaları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”.

O qeyd edib ki, qazilərdə və ümumilikdə cəmiyyətdə belə bir stereotip yaranıb ki, yaralanma varsa, bu, mütləq əlillik deməkdir: “Yaralanmanın nəticəsində mövcud olan fəsadlar, funksional pozuntular əlillik təyinatına əsas verirsə, bu halda əlillik təyin olunur. Hərbidən tərxis olunmaq, yaralanmaq başqa, əlillik isə başqa məfhumdur. Hərbidən tərxis olunan şəxsin əlillik təyinatının olması üçün mütləq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında qiymətləndirilmə həyata keçirilməlidir. Hərbiyə qismən və ya tam yararsız olanda şəxs tərxis olunur. Tərxis olunmaya səbəb olan xəstəlik və ya travmanın ağırlaşmalarının əlillik təyinatına əsas verib-vermədiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan ekspert komissiyalarının fəaliyyət sahəsidir”.

↑