Tanınmamış Kosovo ərazisində məktəbliləri daşıyan avtobusun atəşə tutulması nəticəsində iki şagird və sürücü dünyasını dəyişib. Bu barədə xarici KİV-lər Serbiyanın milli televiziyasının yaydığı məlumata istinadən yazır. Qeyd olunur ki, hadisə Qloçane kəndində baş verib. Atəş nəticəsində yaralıların sayı məlum deyil. Polis faktı təsdiqləyib. Müstəntiqlər hadisə yerində araşdırmaya başlayıb.//Virtualaz.org