Nigeriyanın cənubunda yerləşən Rivers ştatında qeyri-qanuni fəaliyyət göstərən neft emalı zavodunda partlayış baş verib.
APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 25 nəfər ölüb.Partlayış cümə günü baş versə də, məlumat iki gün sonra açıqlanıb.
Yerli hakimiyyət orqanları hələ də qurbanların şəxsiyyətini müəyyən edə bilməyib.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.