Bazar, 22 Noyabr 2026 21:23:32 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
22 Noyabr 2026
SON XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır21.11.2026 15:00 Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı – polis saxladı21.11.2026 12:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub21.11.2026 09:00 Ağdam Şəhəri Günü münasibətilə sərgi təşkil olunub (FOTO)20.11.2026 21:00 YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)20.11.2026 19:30
Siyasət

Naqif Həmzəyev: “Kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz çoxdur”

24.01.2019 00:03 · 513 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Rəqəmsal texnologiya, dövlət senzurası və dövlət səviyyəsində təkmilləşdirilmiş kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz hələlik çoxdur. Yaşadığımız rəqabət və dinamik bir dövrdə internetin idarə edilməsi insanların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır”.

“Rubin.az”“Report“-a istinadən  xəbər verir ki, bunu Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Naqif Həmzəyev AŞPA-nın qış sessiyasında “İnternetin idarə edilməsi və insan hüquqları“ üzrə hesabatın müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu hesabat internetin bir sıra insan hüquqlarının həyata keçirilməsi, bərabərsizliyə qarşı mübarizə və insan inkişafının sürətləndirilməsində əvəzolunmaz rolunu təsdiq edir.

N.Həmzəyev Avropa Xalq Partiyası qrupunun üzvü, estoniyalı deputat Andres Herkelin “İqtisadi və sosial, ticarət, maliyyə, innovasiya, səfərbərlik və digər sahələrdə nailiyyətlərin əldə edilməsində, azadlıqların həyata keçirilməsi və insan inkişafının bütün sahələrində internet geniş potensiala malikdir. Universal istifadənin təmin edilməsi hamımız üçün prioritet məsələlərdən olmalıdır”, – deyə söylədiyi fikirlərlə razı olduğunu və bu konteksdə də internetin informasiya mənbəyi kimi çox vacib olduğunu bildirib.

“Bütün səylərimizə baxmayaraq, rəqəmsal texnologiya, dövlət senzurası və dövlət səviyyəsində təkmilləşdirilmiş kiber təhlükəsizlik sahəsində görüləcək işlərimiz hələlik çoxdur. Yaşadığımız rəqabət və dinamik bir dövrdə internetin idarə edilməsi insanların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır. Bu gün dünyanın inkişafını elektron kommunikasiyasız təsəvvür etmək mümkün deyil. İnsanlar bir-birləri ilə əlaqə yaratmağa ehtiyac duyurlar və onların yerli, milli və beynəlxalq səviyyədə bu inkişafdan bəhrələnmək hüquqları var. Bununla belə, beynəlxalq razılaşma və standartların nəzərə alınması prioritetdir. Hesabatdan göründüyü kimi geniş və çox böyük əhəmiyyətə malik bu vacib sahə üzrə inkişaf etdirilməli məsələlər hələ də var. Bu tövsiyələr ilə, əlbəttə ki, insan hüquqları icmasının yeganə narahat olduğu məqamlar bitmir. Lakin, aydındıır ki, bu hesabatdakı tövsiyyələr internet idarəçiliyi mühitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək”, – deyə o ələvə edib.

↑