Cümə axşamı, 15 Oktyabr 2026 22:11:50 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Özbəkistanla Kamboca ticarət və investisiyaları genişləndirmək niyyətindədir15.10.2026 21:00 Bakıda 8 marşrutun yolu dəyişdirilir15.10.2026 18:00 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Elm

Türk əsgəri nə vaxt Qarabağa gəlir

27.11.2020 17:08 · 457 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Türk Ordusunun Qarabağa gəlməsi üçün hazırlıqlar davam etdirilir.  Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.Bu sözləri Rubin.az-a Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım Türk Ordusunun Qarabağa gəlib-gəlməyəcəyi haqqında Azərbaycanda olan narahatlıqlardan danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin bu barədə narahatlığına heç bir əsas yoxdur:

“Qeyd etdiyim kimi, hazırlıqlar tamamlandıqda əsgərimiz Qarabağa gələcək. Lakin mən dəqiq tarix deyə bilmirəm.

Türk Silahlı Qüvvələrinin Qarabağda olmasını istəyən Azərbaycan tərəfidir. Ermənistanla bağlı Fransa Senatında verilən qərar var. Fransa Senatı hökumətin  qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıması üçün təkliflə çıxış etdi. Senatın bu qərarını biz qətiyyən qəbul etmirik. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Fransa dövləti isə senatın mövqeyini dəstəkləmədi.

Türk əsgərinin Qarabağa gəlməməsi üçün ən xırda problem belə yoxdur. Hazırlıqlar görülüb. Ən qısa zamanda əsgərlərimiz Qarabağa gələcəklər. Fransa kimi ölkələrin və Avropanın bununla bağlı bütün narahatlıqlarına isə aydınlıq gətirilib. Heç bir əngəl yoxdur”.

↑