12.05.2020-ci il tarixdə İctimai TV-də yayımlanan Müasir Azərbaycan Gənci – MAG teleproqramına canlı olaraq bağlanan tərtərli, xaricdə təhsil alan aktiv gənc Orxan Mustafazadə öz fikirlərini “Rubin.az”la bölüşüb. Aparıcının suallarını cavablandıran gənc Orxan, Türkiyədə təhsil almağının səbəbinin tək elm, təcrübə məqsədi daşımadığını vurğulayaraq əsas məqsədinin Xocalı, 31 Mart soyqrımı kimi unudulmaz tarixi faktların digər ölkə vətəndaşlarına çatdırılması olduğunu bildirmişdir. 26 fevral 2020-ci il tarixdə Türkiyədə Xocalı soyqrımı ilə bağlı konfrans təşkil etdiklərini , küçə nümayişi həyata keçirdiklərini və bununla bağlı qəzetlərdə məqalə dərc etdirdiklərini vurğulamışdır.Sadaladıqlarımızla bərabər Orxan ilk təhsil aldığı dönəmdə “Erasmus” proqramı çərçivəsində Polşada təhsil almaq imkanıda qazanmışdır. “Hansı işdə özünü reallaşdırmağı düşünürsən?” sualına cavabında isə tərtərli gənc xalqına, vətəninə bağlı olduğu fikrini bildirərək mütləq olaraq ölkəmizə qayıdacağını və xalqına xidmət edəcəyini söyləmişdir. Sonda Orxan öz həmyaşıdlarına səslənərək aktiv olmağa, bu pandemiya dövründə bacardıqlarını əsirgəməməyə, könüllü hərəkatlara qoşulmağa səsləmişdir.