Məşhur iş adamı Göyçayda 1600 ailəyə ərzaq yardımı paylayıb.
“AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı iş adamı, xeyriyyəçi Fərhad Əhmədov doğulduğu Göyçay rayonunda koronavirus pandemiyası ilə əlaqədar karantinə görə evdə qalan 65 yaşdan yuxarı vətəndaşlara, şəhid ailələrinə, əlillərə, tənha yaşayan yaşlılara, xəstəliyi olan şəxslərə, məcburi köçkünlərə, müharibə veteranlarına və imtiyazlı olan şəxlərə yardım bağlamaları göndərib.
Qutularla dolu avtomobillər “AzNar”dan çıxaraq, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tərəfindən evlərə paylanmağa başlanılıb. Məhsulların qablaşdırılması və evlərə çatdırılması prosesi aprelin 11-də qədər davam edəcək.
Qeyd edək ki, Fərhad Əhmədov bir neçə gün öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat maddi yardım da göndərib.