Deputat Covid19 korona virusu ilə mübarizə üçün vacib və lazımi təkliflər verdi

 

Deputat Covid19 korona virusu ilə mübarizə üçün vacib və lazımi təkliflər verdi 89 saylı Göyçay Ağdaş Seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 01 aprel 2020-ci il tarixində Milli Məclisin onlayn iclasında bu günün tələblərinə uyğun vacib təkliflərlə çıxış edib. Beləki, 65 yaşından yuxarı yaşlı nəsilin nümayəndələrinə pensiyalarının evdən çıxmadan verilməsinin mexanizmini rayon, qəsəbə, xüsusən kəndlərdə ASAN xidmət, DOST könüllüləri, bu qurumlar olmayan ərazidə isə rayon icra hakimiyyəti, YAP, Gənclər İnkişaf və Karyera mərkəzlərinin, kənd icra nümayəndələrinin, poçt xidmətlərinin əməkdaşları tərəfindən tam qanuni şəkildə, şəffaf olaraq evlərinə çatdırılmağın vacibliyini bildirib. Deputat eyni zamanda müvafiq Dövlət institutlarını da yerli icra strukturlarına kömək etməyə çağıraraq dizinfeksiya işlərinin əsasən kəndlərdə daha əhatəli və tez olması üçün təcili əməli tədbirlər görməsini vurğulayıb. O, dizinfeksiya üçün avadanlıqların və dərmanların, habelə qaydalara əməl olunması üçün vətəndaşlara əlavə yaddaş qeydlərinin yerlərə, xüsusilə kəndlərə çatdırılmasının vacib olduğunu bildirib. Cənab Əfəndiyev hazırda rayon və kəndlərdə yoxsul, kimsəsiz, əlil, xəstə aliləri də yaddan çıxartmamağı, onların da əlaqədar qurumlar tərəfindən tez-tez yad olunmalarını, əlaqə mobil qrupların yaratmağın vaxtı olduğunu təklif edib. Bundan başqa deputat bu gün bəzi apteklərdə spirt məhlulu və qoruyucu maskaların çatışmamazlığına diqqət çəkərək bu ağır zamanda bu kimi ləvazimatları gizlədən və ya baha satmaq istəyən işbazlara qarşı ciddi tədbirlərin görülməsini, dövlətin bu məsələni nəzarətdə saxlamasını gündəmə gətirdi. M. Əfəndiyev əhalini əsasən müxtəlif sosial şəbəkələrdə, saytlarda yayılan dezinformasiyalara inanmamağa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi məlumat və tövsiyələrinə əməl etməyə bir daha dəvət etdi.