Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarı kimi yayılan məlumata aydınlıq gətirdi

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov sosial şəbəkədə bir sıra qruplarda Nazirlər Kabineti adından yayılan saxta qərara münasibət bildirib.

“Rubin.az”  xəbər verir ki, C. Valehov belə bir qərarın olmadığını, məlumatlarda ancaq rəsmi mənbəyə istinad edilməli olduğunu vurğulayıb.

Qeyd edək ki, yayılan məlumatda bildirilib ki, Azərbaycan ərazisində fəaliyyət göstərən məktəb və məktəb tipli təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesində müəllimlərin Təhsil Nazirliyi tərəfindən təmin olunacaq internet xidmətləri vasitəsiylə “Distant təhsil” prosesində aktiv iştirak etmələri təmin edilməlidir.