Zəlzələ zamanı uşaq dünyaya gətirdi – Video

Türkiyənin Malatya şəhərində baş verən zəlzələ zamanı körpə dünyaya gəlib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu, özəl xəstəxanaların birində baş verib.

Bu zaman tibb işçilərinin soyuqqanlı olması diqqət çəkib. Məlumata görə, həm ananın, həm də körpənin sağlamlığı qaydasındadır.