Prezident daha bir icra başçısını işdən çıxardı – Yeni təyinat

Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov vəzifəsindən azad edilib.

“Rubin.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

***

Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.