Təhsildə inkişaf və innovasiyalar dövrün tələbidir

Hər yeni dil insanın idrakını və dünyanısı genişləndirir- bu fikir Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Bərdə şəhər Milli Qəhrəman E.Kərimov adına tam orta məktəbin direktoru Tofiqə Zahid qızı Məmmədovanın sevimli deyimlərindən biridir.

“Rubin.az” xəbər verir ki,Onun təqdim etdiyi “İngilis dilində dinləyib- anlamağı öyrədək “layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibidir.
Təhsil Nazirliyi tərəfindən təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə 6 mövzu – təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.
Azərbaycan bu gün qloballaşan dünyanın bir hissəsi kimi dünya iqtisadiyyatına, mədəniyyətinə və təhsil sisteminə inteqrasiya edir. Ölkəmizdə xarici dilin tədrisində kommunikativ metodlardan istifadə olunur. Elm və texnikanın inkişaf etdiyi, audiokitab və dərsliklərin geniş yayıldığı bir dövrdə biz , çox vaxt məlumatları səsli informasiya şəklində qəbul etməli oluruq. Dinləyib anlama bacarığının həyatımızda rolu getdikcə artır.
“Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu”na nəzər saldıqda da bu istiqaməti aydın görmək olur. Qanunun 3 Maddəsinin 3.0.6 və 3.0.10 bəndlərində qeyd edilən “səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili” və “inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı” bu məsələnin zəruriliyini bir daha təsdiq edir. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Imtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış və qəbul imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması, onlara bu bacarıqları aşılayan müəllimlərdən müxtəlif metod və strategiyaları öyrənməsini tələb edir.
“ Dil bacarıqları 4 bacarığın – Dinləmə ( Listening), Danışıq (Speaking ), Oxu (Reading) ve Yazı (Writing) əsasında formalaşır. Hər bacarıq forması digərini təsdiq edir. Ailədə uşağın ana dilini eşidərək danışmasını misal çəkə bilərəm. Məhz bunun üçün hər hansı bir dili öyrənəndə ən azından gündəlik dinləmə materiallarından istifadə etmək lazımdır. Dinləmə qabiliyyəti söz ehtiyyatının artırılması ilə paralel şəkildə inkişaf etdirilməlidir. Düzgün istiqamət seçərək dinləmə materiallarından istifadə etsək, bu barədə irəliləyiş əldə edə bilərik”.

Xarici dilin tədrisinin əsas problemlərindən biri şagirdlərdə dinləyib –anlama bacarıqlarının zəif olmasıdır ki,bunun nəticəsində şagird qrammatik qaydaları bilir amma eşitdiklərini anlaya bilmir, dialoqa girə bilmir, öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Dinləyib –anlama prosesində informasiya texnologiyalarından istifadə, dil öyrənənlərin kommunikativ və mədəniyyətlərarası kompetentlik məsələlərini yüksəltmək fənnin tədrisinin prioritet istiqamətlərindəndir. Xarici dili tədris edən müəllimlər yalnız kitablarla kifayətlənə bilməzlər. Biz XXI əsr müəllimləriyik və təbii ki, buna uyğun şəkildə əsrin tələblərinə cavab verməliyik. Bu layihə çərçivəsində müəllimlər eşidib –anlama bacarıqlarının tədrisini necə müvəffəqiyyətlə təkmilləşdirmə yolları, internet dən Podcast app.-dan müxtəlif yollarla istifadə etməyi,You Tube kanalından istifadə yolları, the sink or swim metodu,bottom –up, top- down strategiyaları, dictation activities üsulları ilə tanış olacaqlar. Müəllimlərə online mənbələrdən Randall’ s ESL Cyber Listening Lab,BBC Online Soap Opera, CNN Student News, Breaking News English, English Through Stories saytlarından istifadə yollarını öyrənəcəklər.
Bütün bunların nəticəsində 25 xarici dil müəllimi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini yerinə yetirmək üçün onların qarşısında qoyulan dövlət tələblərini, xüsusilə də xarici dilin tədrisinin əsas prioritet istiqamətlərindən olan kommunikativ bacarıqları yeni strategiya və metodlarla tədris etmək üsullsrını mənimsəmiş və eləcə də şagirdlərin bu istiqamətdə daha keyfiyyətli təhsil almalarına töhvə vermiş olacaqlar.
Bərdə şəhərində yerləşən yerli və məcburi köçkün məktəblərində çalışan 25 xarici dil müəlliminə dinləyib – anlama bacarıqlarının tədrisində yeni strategiyaların tətbiqi yollarını öyrətmək layihənin əsas məqsədidir.
25 xarici dil müəlliminə dinləyib – anlama bacarıqlarının tədrisində yeni strategiyaların tətbiqi yollarını öyrətmək üçün həftədə bir dəfə olmaq şərti ilə sentyabr -dekabr aylarında səkkiz təlim sessiyasını təşkil ediləcəkdir.
Təlimlərdə iştirak edən müəllimlərə dinləyib- anlama bacarıqlarının tədrisində uğur əldə etmək üçün aşağıdakı strategiyalar öyrədiləcək
1. TTT (Test-teach-test üsulu)
2. “Bottom-up” strategiyası
3. “Top – down” strategiyası
4. “Single word dictation”, “Line-by-line dictation”, “Full – text dictation”,
“Student –centered dictation”.
5. “The sink and swim” strategiyası
Təlimlərdə iştirak etmiş müəllimlərə öyrəndiklərini praktikada tətbiq etmək üçün lazımi istiqamət vermək və onların layihə çərçivəsində əldə etdiyi bacarıqları ictimaiətə təqdim etmək üçün şərait yaradılacaqdır. Lyihə çərçivəsində görüləcək üç qrupa bölünür və aşağıdakı işlərin görülməsi nəzərdə tutulur.
1.Hazırlıq dövrü. Layihə dövrünün ilk üç həftəsi layihə komandasının yığılmış, məktəb rəhbərlikləri ilə əlaqələr saxlanılmış, və eləcə də müəllimlər layihəyə cəlb edilmişdir.
Bu dövrdə həmçinin təlimlərdə keçirilməsi nəzərədə tutulan mövzular bir daha nəzərdən keçirilmiş , son versiya hazırlanmış və proqlamlaşdırılmışdır.
Hal-hazırda layihə təlim-sessiyaların keçirilməsi mərhələsindədir.
Bərdə şəhərində yerləşən yerli və məcburi köçkün məktəblərindən 25 müəllimin iştirak edəcəyi təlimlərdə iştirakçılar xarici dildə dinləyib- anlama bacarıqlarının tədrisinin innovativ üsullarını, o cümlədən, Amerika və Britaniya Şuralarının tətbiq etdiyi innovativ təlim metodlarını öyrənirlər. Altı həftəlik təlim kursunda iştirakçılar materialların çap və elektron variantları ilə də təmin olunacaqlar.
Layihə dekabr ayının 10-da başa çatacaq.