Mehriban Əliyevadan təşəkkür – Fotolar

Birinci Vitse-Prezident Mehriban Əliyeva Lahıc sakinlərinə qonaqpərvərliyə görə təşəkkür edib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkə hesabında yazıb.

M. Əliyeva lahıclılarla görüşdən fotolar paylaşaraq təəssüratını bölüşüb:

“Qədim Lahıc – sənətkarlar, bacarıqlı, istedadlı, qonaqpərvər, gözəl insanlar şəhəri! Bu bərəkətli diyara hər gəlişim mənə unudulmaz təəssüratlar bağışlayır! Lahıcın bütün sakinlərinə səmimi mehribanlığa və qonaqpərvərliyə görə təşəkkür edirəm!”