Gəncə şəhərində təşkil edilən lisey siniflərinin açılış tədbiri keçirilib

2019-2020–ci tədris ili üçün Gəncə şəhərində təşkil edilən lisey siniflərinin açılış tədbiri keçirilib.

Gəncə şəhərində Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tabeliyindəki siniflərin açılış tədbiri keçirilib.

“Rubin.az” xəbər verir ki,Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır.

Lisey siniflərində 6, 7, 8 və 9-cu siniflərin şagirdləri təhsil alacaq. Eyni zamanda son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqələrində yüksək nəticə göstərmiş (50-dən yuxarı bal toplayan) şagirdlər də 7, 8 və 9-cu siniflərdə təhsil alacaqlar.

Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçilib.

Lisey siniflərində təhsil dövlət hesabına həyata keçirilir.