109 şəhidin 185 vərəsəsinə birdəfəlik pul veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki Komissiya daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edib.

“Rubin.az”  xəbər verir ki, birdəfəlik ödəmələr yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürüləcək. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 11403 şəhidin 16949 vərəsəsinin birdəfəlik ödəmə ilə təminatına dair qərar qəbul olunub.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 93 faiz icra olunub