Mehriban Əliyeva Vladimir Putinə minnətdarlıq məktubu göndərib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunması ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə minnətdarlıq məktubu ünvanlayıb.

“Rubin.az”  xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətinə verdiyi yüksək qiymətə görə Vladimir Putinə təşəkkürünü bildirib.

Məktubda deyilir: “Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir”.

Mehriban Əliyeva, həmçinin Rusiyanın dövlət başçısına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına firavanlıq, sülh və tərəqqi arzulayıb.