Meydana girib futbolçunu qovdu – Video

Avstriyada “Trabzonspor” və “Parma” komandaları arasında keçirilən yoxlama matçında maraqlı anlar yaşanıb.

“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olan türkiyəli azarkeş İtaliya klubunun futbolçusu Yann Karamohun arxasınca qaçıb.

21 yaşlı futbolçuya çata bilməyən “Trabzonspor” fanatı meydanı məyus şəkildə tərk edib.

Oyundan sonra sosial şəbəkədə paylaşım edən azarkeş “O zəncini yıxacaqdım, amma alınmadı” deyib.