Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Bərdə rayonunda tədbir keçirilib. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül-
çiçək düzmüşlər.
“Rubin.az” xəbər verir ki,tədbirə başlamazdan öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Tədbiri Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra ölkədə tənəzzülün qarşısı alınmış, ictimai-siyasi, sosial-mədəni həyatın bütün sahələrində yeni inkişaf
dövrü başlanmışdır. O, respublikada aparılan ciddi islahatlar, həyata keçirilən silsilə tədbirlər nəticəsində ölkəmizin inkişaf sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildiyini vurğulamışdır. Fəqət Şadlinskaya Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından
sonra əldə olunan nailiyyətlərdən danışaraq bu siyasi kursun möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, respublikamızın həm də beynəlxalq aləmdəki mövqeyinin günü-gündən möhkəmləndiyini diqqətə çatdırmışdır. Tədbirdə vaxtilə ulu öndər Heydər Əliyevlə görüşmüş bərdəlilərdən İslam Əzimov, Qənirə Paşayeva çıxış edərək bildirmişlər ki, ulu Öndər Heydər Əliyev sovet dövründə Azərbaycanın birinci şəxsi olanda atdığı addımlarla məhdud çərçivədəki hüquqlardan maksimum yararlanmaq şansını əldən vermədi və bu yöndə uğurlar əldə edildi.
Tədbirin sonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə YAP Bərdə rayon təşkilatı tərəfindən YAP üzvü olan gənclər arasında keçirilmiş intellektual oyunun qalibləri
mükafatlandırılmışlar.