Prezident İlham Əliyevdən sosial sahədə növbəti inqilabi addım

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

“Rubin.az” xəbər verir ki, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.