Prezident İlham Əliyev görüşlər keçirib – Foto

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 3-də görüş keçirib. 

“Rubin.az” xəbər verir ki, dövlət başçısı Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

***

Bundan başqa, İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.