Bərdədə 28 may-Respublika günü ilə bağlı tədbir keçirilmişdir

Bərdədə Heydər Əliyev Mərkəzində  Respublika günü ilə bağlı tədbir keçirilmişdir. Tədbir iştirakçılarından bir qrupu öncə respublikamızın dövlət müstəqilliyinin dönməzliyinin təminatçısı  ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül –çiçək dəstələri düzərək  xatirəsinə ehtiramlarını bildirmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilimişdir.
“Rubin.az” xəbər verir ki,tədbiri  rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq müstəqilliyimizin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və  vüsətinin təmin edilməsində ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışmışdır.  Tədbirdə  iştirak edən  rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, rayon UGİM-in direktoru Aynurə Əyyubova, rayon Gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərli  çıxış edərək Azərbaycan dövlətinin qazandığı zəfərlərdən, əldə etdiyi uğurlardan danışmışlar. Tədbirdə respublika və dünya miqyaslı idman yarışlarında qalib gəlmiş Bərdənin idmançı
gənclərindən bir qrupuna medallar və diplomlar təqdim edilmişdir. Sonra şəhər 8 saylı Uşaq musiqi məktəbinin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş etdirilmişdir.
Tədbirdən sonra rayon Mərkəzi meydanında rayonun incəsənət ustalarının konserti keçirilmişdir.