Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində – Fotolar

Mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində olub.

“Rubin.az” xəbər verir ki, dövlət başçısı XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri ilə tanış olub.