Məktəbdaxili qiymətləndirmənin qaranlıq məqamları açıqlandı -Nazir Müavini təlimat göndərdi

Məktəbdaxili qiymətləndirmədə olan dəyişikliklərin birinci yarım ildən tətbiqi çaşqınlıq yaratdığına görə nazir müavini Məhəbbət Vəliyeva tərəfindən məktəblərə təlimat göndərilmişdir. Rubin.az-a daxil olan məlumata görə, Təlimatda bütün ümumi təhsil müəssisələrində I siniflərdə summativ qiymətləndirmə keçirilməməsi, II-III siniflərdə kiçik summativ qiymətləndirmələr keçirilməsi , Böyük summativ qiymətləndirmələr isə keçirilməməsi , təhsilalanların bütün fənlər üzrə yarımillik qiymətləri onların kiçik summativ qiymətləndirmələrindəki nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilməsi öz əksini tapmışdır. Eyni zamanda bütün ümumi təhsil müəssisələrində IV, IX və XI siniflərdə bütün fənlər üzrə kiçik və böyük summativ qiymətləndirmələr keçirilməsi , ümumi təhsil
müəssisələrinin V-VIII siniflərində ümumi orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə böyük summativ qiymətləndirmə keçirilməsi ,təhsilalanların digər fənlər üzrə yarımillik qiymətləri onların kiçik summativ qiymətləndirmələrindəki nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilməsi və Ümumi təhsil müəssisələrinin tam orta təhsil səviyyəsində təmayülləşmə tətbiq olunmayan X sinfində tam orta təhsil səviyyəsi üçün nəzərdə tutulmuş buraxılış imtahanı fənləri üzrə
böyük summativ qiymətləndirmə keçirilir. Təhsilalanların digər fənlər üzrə yarımillik qiymətləri onların kiçik summativ qiymətləndirmələrindəki nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilməsi də bir daha qeyd olunmuşdur.
2018/2019-cu tədris ilinin birinci yarımilində II-XI siniflər üzrə artıq keçirilmiş kiçik summativ qiymətləndirmələrin nəticələri isə aşağıdakı kimi müəyyənləşdirilir.
1. “2” qiyməti – 40 bal;
2. “3” qiyməti – 60 bal;
3. “4” qiyməti – 80 bal;
4. “5” qiyməti – 100 bal.
Buradan bir haşiyə çıxmaq istəyirəm. Demək birinci yarım il indiyəcən yazılan summativlər balla deyil , qiymətlə yazıldığına görə yarımillik qiymətin hesablanması çaşqınlıq yaradırdı. Bu təlimatın 6- cı bəndinə nəzər salsaq görərik ki , bu günə qədər yazdırdığımız summativləri “ 2” qiymət alanların balı 40 , “3” qiymət alanların balı 60 , “ 4” qiymət alanların balı 80 , “5” qiymət alanların balı
100 götürülsün. Daha sonra isə yarım illik qiyməti asanlıqla çıxarmaq mümkün olacaq. Yəni şagirdlər birinci yarım il üçün artıq yazdıqları summativlər qiymətin maksimum həddi ilə hesablanacaq.