“Azərpoçt” sabahdan 500 manatdan yuxarı kompensasiyaları verir

“Sabahdan etibarən kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər”.

“Rubin.az” xəbər verir ki, bu barədə “Azərpoçt”un mətbuat xidmətinin rəhbəri Günel Gözəlova sosial şəbəkədə məlumat paylaşıb. G. Gözəlova qeyd edib ki, artıq 9 gündür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb:

“Belə ki, son 8 gün ərzində 43 min 350 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb. Bank olmayan kredit təşkilatları və bağlanan bankların müştəriləri 8 gün ərzində “Azərpoçt” MMC-dən 11 milyon 347 min 668 manat vəsaiti nağd formada alıb”.