Akademik Zərifə xanım Əliyeva tibb sahəsində əldə etdiyi uğurlarla, fərdi keyfiyyətləri ilə ailəsinin və Vətəninin adını daim ucaldıb. Azərbaycan xalqı qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanmış akademik Zərifə xanım Əliyevanın xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.
“Rubin.az” xəbər verir ki,bu bu fikirlər Göyçay rayon Mərkəzi xəstəxanasının akt zalında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib. Göyçay Rayon İcra Hakimiyyəti və rayon mərkəzi xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə akademikin xatirəsi yad edilib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısı cənab Mehdi Səlimzadə, rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov, rayon Qadınlar şurasının sədrii, əməkdar müəllim Tahirə Qurbanova, rayon xəstəxanasının baş həkimin müavini Ləman Hacıyeva, rayon xəstəxanasının Qadın məsləhətxanasının müdiri Tamilla Əsgərova, rayon xəstəxanasının Konsultativ polikilinka şöbəsinin oftalmoloq həkimi Sevinc Abdullayeva, rayon xəstəxanasının Qadın məsləhətxanasının həkim mama-ginekoloqu Səbinə İbrahimova, rayon xəstəxanasının Konsultativ polikilinka şöbəsinin kardioloq həkimi Həsən Miriyev və Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecin müəllimi Nərmin Abışova çıxış edərək, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsindəki misilsiz xidmətləri barədə məlumat veriblər.
Bildirilib ki, görkəmli alim bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. Gözdə traxoma xəstəliyinin müalicəsinə, oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparan Zərifə xanım Əliyeva 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Davud Tarverdiyev