Tanınmış jurnalistə Nazirlər Kabinetində vəzifə verildi

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat olub.

“Rubin.az”  xəbər verir ki, tanınmış jurnalist Ayaz Mirzəyev qurumun mətbuat xidmətinin rəhbəri təyin edilib.

Bundan başqa Müsəddiq Məmmədov sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bu vəzifəni indiyə qədər Akif Əli tutub.