Bakı metrosunda ilk qadın maşinist işə götürüldü (FOTO)

“Bakı Metropoliteni” QSC-nin tarixində ilk qadın maşinist işə götürülüb.

“Rubin.az” Unikal.org-a istinadən  xəbər verir ki, hazırlıq kursunu müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixində ilk qadın maşinist kimi düşüb.

O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər sırasında olub. G.Həbibli maşinist hazırlığı prosesinə qatılanadək “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb.