Aparıcı söyüşə görə “Space”dən çıxarıldı

Dünəndən tənqidlərə məruz qalan Space TV bu gün “Hər səhər” verilişi ilə bağlı dəyişiklik edib.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, proqramın aparıcısı Anar Vaqifoğlu bu gün efirə buraxılmayıb.

Onu tanınmış aktyor Çingiz Əhmədov əvəzləyib. Anar isə “Space”dən qovulub.

Qeyd edək ki, “Hər səhər”in ötən həftəki buraxılışında Rüfət Axundov və Rəşad İlyasov mahnı oxuyarkən qeyri-etik ifadələrdən istifadə edib.

MTRŞ isə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib,iş məhkəməyə göndərilib.

Proqramda səs rejissoru kimi çalışan Etibar Mustafayev isə işdən uzaqlaşdırılıb.