“İlham Əliyevlə görüş şərəf idi” – Avstriya prezidenti

“Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda ən vacib ticarət tərəfdaşıdır”.

“Rubin.az” Qafqazinfo-ya istinadən  xəbər verir ki, bunu Avstriyanın federal prezidenti Alexander Van der Bellen Tvitterdəki hesabında yazıb.

O, dünən Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi görüşdən böyük qürur hissi keçirdiyini bildirib.

Van der Bellen Avstriyanın bu istiqamətdə növbəti görüşlərə ev sahibliyi etməyə hazır olduğunu qeyd edib.