Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Rubin.az”-a verilən məlumata görə, imtahan saat 10.00-da başlayıb və 3 saat ərzində elektron qaydada keçirilib.

İmtahan kompüterlər vasitəsilə aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 238 namizəd qeydiyyatdan keçib. 2 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 236 namizəddən 171 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.