
Bakı. Trend:
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçını
keçirib.
Trend xəbər verir ki, Qurban
Qurbanovun rəhbərlik etdiyi kollektiv “Napoli”nin qonağı olub.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə
yekunlaşıb.
XXX
01:32
“Napoli” – “Qarabağ” oyununda hesab dəyişib.
Trend xəbər verir ki, 72-ci
dəqiqədə Marko Yankoviç topu öz komandasının qapısından keçirib –
2:0.
XXX
01:27
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli”
və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda hesab
açılıb.
Trend xəbər verir ki, “Dieqo
Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın 65-ci
dəqiqəsində rəqibin heyətində Skott MakTominey hesabı açıb –
1:0.
XXX
00:01
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli”
və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start
götürüb.
Trend xəbər verir ki, “Dieqo
Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə
gecə saat 00:00-da başlayıb.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.
