Prezident İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

Martın 14-də Azərbaycan Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Albaniya Prezidenti İlir Meta ilə görüşüb.

“Rubin.az” xəbər verir ki, görüşdə dövlət başçısı TAP layihəsinə toxunaraq qeyd edib ki, tikinti işləri uğurla gedir və son mərhələdədir. Prezident vurğulayıb ki, bu layihə həm də ölkələrimizi və xalqlarımızı birləşdirir.

VII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunan Albaniya Prezidenti bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirib.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri, bir-birini dəstəklədikləri vurğulanıb.