Millət vəkili Adil Əliyev Binəqədi rayonunda şəhid Rövşən Hüseynovun anım tədbirində iştirak edib.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusunun sıralarında döyüşmüş qəhrəmanlarımız, qazandıqları qələbə ilə şanlı Tariximizin ən parlaq səhifəsini yazdılar. Şəhidlərimizin şücaəti hesabına ərazi bütövlümüz bərpa, suverenliyimiz bərqərar edilib. 30 ildən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması məhz Vətən övladlarının göstərdiyi qəhrəmanlıq hesabına mümkün oldu. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”-deyə Adil Əliyev qeyd edib.
Anım tədbirində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.