Rusiya lideri Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub və onlar yaxın vaxtlarda ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər.
“Unikal” gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dimitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Ərdoğan və Putin gələcəkdə ikitərəfli görüş keçirmək barədə razılığa gəliblər, lakin vaxt və yer hələ müəyyən edilməyib”, – Peskov bildirib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edə bilərlər. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra baş tuta bilər.