Milli Məclisin sədr müavini Adil Əliyev Pakistan İslam Respublikasının Milli Assambleyasının sədr müavini Zahid Əkrəm Durrani ilə görüşüb. Görüşdə ölkələrimiz arasında olan dostluqdan, parlamentlərarası əməkdaşlıqdan bəhs edilib.
“Münasibətlərimizin həm ikitərəfli, həm də beynəlxalq arenada uğurla davam etməsini qeyd edərək, sözügedən halın hər iki tərəfin maraqlarına uyğun olmasını bildirdik. Ermənistanın 30 il davam edən hücumunun hazırda da təxribatçı fəaliyyəti ilə davam etməsini qeyd edərək, sülhün qarşısında əngəl olmasını diqqətə çatdırdım”-deyə millət vəkili qeyd edib.