“Ulu Öndər Heydər Əliyevin 100 illiyi” münasibətilə Millət vəkili Adil Əliyevin 20 saylı Nərimanov II seçki dairəsində yerləşən deputat ofisində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının dəstəyi və “De Fendo” vəkil bürosunun vəkillərinin iştirakı ilə növbəti dəfə pulsuz hüquqi yardım aksiyası təşkil edildi.
Peşəkar hüquqi yardımla bağlı təşkil edilmiş aksiyada ərazi məhdudiyyəti olmadan şəhid ailələri və qazilər, eləcə də, 20 saylı Nərimanov ikinci seçki dairəsinin əhatə etdiyi ərazidə yaşayan seçicilərə peşəkar hüquqi yardım göstərildi. Vətəndaşların toxunduğu mülkiyyət, mənzil hüququ, əmlak tələbi, maddi ziyan, aliment və müxtəlif məzmunlu müraciətlərlə əlaqədar vəkillər tərəfindən peşəkar hüquqi məsləhətlər verilməklə, müvafiq yazılı ərizələr tərtib edilmişdir.
Adil Əliyev göstərilən yüksək xidmətə görə vətəndaşlar adından Vəkillər Kollegiyasının rəhbərliyinə və vəkillərə öz təşəkkürünü bildiririb.