Tariximizə qələbə ilə düşən “Aprel döyüşləri”nin başlanmasından 7 il keçir.
Bu döyüşlər zamanı rəşadətli ordumuz Ermənistanın yaratmış olduğu mifi darmadağın edərək, düşmən üzərində qələbə qazandı. Döyüşlər zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən tamamilə azad olundu.
Eləcə də, “Aprel döyüşləri” Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizin başlanğıcı, müjdəcisi oldu. Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirəm.
Adil Əliyev
Milli Məclisin sədr müavini, Millət vəkili