Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Hərəkətdə olan naməlum avtomobil yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. Piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.
Həlak olan 1970-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğludur.