Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 1140 kvadratmetr (hər mərtəbəsi 380 kv.m) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 kv.m sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.