“Səfər Mehdiyevin fikirləri yanlış şərh olunur” – DGK

Son günlər bir sıra kütləvi informasiya vasitələrində 2018-ci ilin dekabr ayının 27-də “Gömrük-Media” əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə Dövlət Gömrük Komitəsində keçirilən görüşdə komitə sədri Səfər Mehdiyevin daxili bazarın qorunması istiqamətində gömrük orqanlarının həyata keçirdiyi tədbirlərlə bağlı fikirləri yanlış şərh olunur və komitənin fəaliyyəti şübhə altına alınır.

Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, bəzi media qurumları, sosial şəbəkə istifadəçiləri çıxışdan yanlış sitatlar gətirməklə Komitəni və onun rəhbərliyini “Baku Steel Company” şirkətinin mənafelərini müdafiə etməkdə, digər sahibkarlarla müqayisədə onlara üstünlüklər təmin etməkdə günahlandırırlar.

Halbuki, görüşdə bu istiqamətdə yönləndirilən suala cavab olaraq S.Mehdiyev, ümumilikdə, daxili bazarın qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib və armatur istehsalı ilə yanaşı, digər sahələrdə də görülən işlərdən danışıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *