Ermənistan polisi İrəvanda keçirilən etiraz aksiyaları zamanı Respublika Partiyasının sədr müavini Armen Aşotyanı saxlayıb.
“Qafqazinfo” xəbər verir ki,bu barədə siyasətçi öz feysbuk səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, onunla birlikdə bir neçə onlarla insan da polis şöbəsinə aparılıb.
Qeyd edək ki, bu gün səhər İrəvanda müxalifət qüvvələrinin təşkil etdiyi etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.