BMT-nin Uşaqları Müdafiə Fondu- UNİCEF-in regional müdiri Corc Laria İdci aprelin 24-də Tvitter hesabında yazıb: Son bir həftədə Əfqanıstanda terror partlayışları nəticəsində 40-dən çox qız və oğlan uşaqları həyatını itirib və bu rəqəmin artacağı gözlənilir.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Qeyd edək ki, paytaxt Kabildə, Məzar-i Şərif və Qunduz vilayətlərində meydana gələn partlayışlarda onlarla insan həlak olub.
oxu.az