Skip to content
İyul 5, 2022
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Bu gün 13 şəhər və rayonda imtahan keçiriləcək
  • Gündəm
  • Təhsil
  • Təhsil Nazirliyi

Bu gün 13 şəhər və rayonda imtahan keçiriləcək

Rubin Az Aprel 23, 2022

Bu gün Azərbaycanın 13 şəhər və rayonunda Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

RUBİN.AZ   DİM-ə istinadən xəbər verir ki, bugünkü imtahanlarda 21 min 337 şagirdin iştirakı gözlənilir.

İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıda qeyd edilən sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılırlar.

Şagirdlər binaya daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyəti təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskalarını aşağı salaraq üzlərini göstərməlidirlər.

Continue Reading

Previous: Kəmalədin Heydərov general və polkovniki işdən çıxardı – FHN-də yoxlama gedir
Next: Sərhədçilərin üzərinə maşın sürən şəxs saxlanıldı – FOTO

Son Xəbərlər

Azərbaycanda bu idman federasiyaları ləğv olundu
  • İdman

Azərbaycanda bu idman federasiyaları ləğv olundu

Rubin Az İyun 29, 2022
Bu gün Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə əsasən,...
Davamı
Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

Azərbaycan Prezidenti Aşqabadda rəsmi qəbulda iştirak edib

İyun 29, 2022
Prezidentin bu çıxışı gündəm oldu – Video

Prezidentin bu çıxışı gündəm oldu – Video

İyun 27, 2022
Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

Ukraynada ticarət mərkəzinə raket hücumu – Video

İyun 27, 2022
Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

Hava şəraiti Türkiyədə böyük problemlər yaradıb

İyun 27, 2022

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | .